02 Fevral 2025
Ölkə futbolu

Samir Abasovdan Tovuz səfəri öncəsi iki fərqli qərar – Bu mövsümdə ilk dəfə

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk görüşləri çərçivəsində səfərdə “Kəpəz”in qonağı olacaq “Neftçi”də bir günlük istirahətin ardından sabahdan məşqlər bərpa olunur.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubunun baş məşqçisi Samir Abasov iki fərqli qərar qəbul edib. Belə ki, komanda oyundan bir gün öncə Tovuz şəhər stadionunda məşqə çıxacaq.

Adətən komanda Tovuz səfərinə yollanarkən son məşqi Bakıda edərdi. Lakin Abasov bu dəfə son hazırlığın elə oyunun keçiriləcəyi arenada olmasını istəyib.

Həmçinin, “Neftçi” bu səfəri qatarla yollanacaq ki, bu da cari mövsümdə “ağ-qaralar” adına ilk belə haldı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43