22 Fevral 2025
Ölkə futbolu

“Oyundan çox danışmaq istəmirəm” – Vaqif Cavadov

“Neftçi”ni qələbə münasibətilə təbrik edirəm. Onlara uğurlar arzulayıram. Oyundan çox danışmaq istəmirəm. Gedişatı özünüz də gördüz. İnanıram ki, düzgün və ədalətli məqalələr yazılacaq. Təhlil etsəz, daha yaxşı olar. Həm hakimlərlə, həm oyunla bağlı… Başqa söz deməyə ehtiyac yoxdur”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov “Neftçi” oyunu sonrası deyib. O, daha sonra görüşün hakimliyindən də söz açıb:

İndi açıqlasam, ya cəza alacam, ya da intriqaya səbəb olacam. Sizin ədalətli yazılarınızı oxuyuruq. Düzgün analiz edib, oyunumuzla bağlı təhlil edə bilərsiz. Oyundan razıyam və komandama təşəkkür edirəm. Belə oyunla ancaq irəli…Növbəti matça hazırlaşacağıq. Hər şey yaxşı olacaq.

Təhlili özünüz edin. Mən dediyimi dedim. Son 10 dəqiqəyə nəzər yetirin. Meydanda hansı qərarlar verildi. Özünüz də görəcəksiz, bizim penalti 100 faiz idi, vermədilər. Hakimlər haqda danışmaq istəmirəm. Uduzmuşuq. Sizdən xahiş edirəm, təhlil edin, qiymət verin. Bəlkə də kimlərsə cəzasını alacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43