26 Fevral 2025
Dünya futbolu

“Milan” kapitanını razı sala bilmədi

“Milan” kapitanı Teo Ernandeslə sata bilər.

İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu futbolçusu ilə müqavilə uzatmayacaq. Buna səbəb onunla razılaşa bilməməsidir.

Teo yeni sözləşmə üçün klubdan yüksək maaş tələb edir. “Milan” rəhbərliyi isə bunu qəbul etmir.

 Fransa millisinin üzvü bu mövsüm “qırmızı-qaralar”ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43