26 Fevral 2025
Ölkə futbolu

Region klubundan növbəti bəhanə? – Martı işarə verdilər

“Şamaxı” hələ də futbolçulara verdiyi vədə əməl etməyib.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət ötən mövsüm qazanılan çempionluq üçün nəzərdə tutulan pul mükafatından gedir. Rəhbərlik futbolçulara Azərbaycan I Liqasında qalib olduqlarına görə hər birinə 5000 manat “premya” vəd etmişdi.

Ancaq hələ də həmin pullar oyunçuların hesabına köçürülməyib. Futbolçular bu barədə dəfələrlə kluba müraciət etsələr də, hər dəfə müxtəlif bəhanələrlə pullar ödənilmir.

Bu dəfə isə mart ayı üçün oyunçulara söz verilib. Həmin ayda UEFA-dan kluba pul köçürülməlidi. Bu məbləğdən futbolçuların mükafatlarının veriləcəyi bildirilib.

Xatırladaq ki, ötən mövsüm “Şamaxı”da çıxış edən futbolçuların çoxu komandadan ayrılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43