“Zirə”nin müdafiəçisi Ruan Renato ilə müqavilə uzatdığından xəbərdarsınız.
Qəsəbə təmsilçisi braziliyalı oyunçuyla iki illik sözləşmə imzalayıb. Ruan 2027-ci ilə qədər “Zirə”də çıxış edəcək.
Yeni müqavilədə oyunçunun maaşı da artırılıb. Təklifləri olan müdafiəçi “Zirə” ilə əvvəlki şərtlərlə sözləşmə imzalamaq istəməyib. O, əks təqdirdə klubda qalmayacağını bildirib.
Bu səbəbdən də rəhbərlik ona yüksək məbləğdə maaş təklif etməyə məcbur qalıb. Braziliyalı uzun danışıqların ardından ayda 30 min dollar maaşa “Zirə” ilə yeni müqavilə imzalayıb.
İdmanxeber.az

