09 İyun 2026
Ölkə futbolu

Yusif İmanov legioner həyatı yaşayacaq – yeni klubu bəlli oldu 

Azərbaycanlı  qapıçı Yusif İmanov karyerasını Kosovada davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, gənc qolkiper bu ölkənin “Malişeva” klubu ilə anlaşıb. Onunla imzalanan sözləşmənin detalları açıqlanmayıb.

Hazırda Kosova çempionatında iki tur geridə qalıb. “Malişeva”nın aktivində 1 xalı var.

Xatırladaq ki, 22 yaşlı qapıçı müqavilə ilə “Sabah” klubuna məxsus idi. O, bir müddət öncə paytaxt təmsilçisindən ayrıldığını açıqlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43