09 İyun 2026
Ölkə futbolu

Çempionla yollar ayrılır – Premyer Liqa klubu hərəkətə keçdi

Azərbaycan Premyer Liqasına vəsiqə qazanan “Şəfa” heyətin əsas üzvlərindən biri ilə yolları ayıracaq. Söhbət komandanın yarımmüdafiəçisi Emin Zamanovdan gedir.

İdmanxeber.az-a verilən məlumata görə, paytaxt təmsilçisində ayrılsa da, növbəti mövsüm Premyer Liqada oynaya bilər. Belə ki, onun xidmətində “Şamaxı” klubu maraqlıdır. Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.  Bölgə təmsilçisi Zamanovun xidmətində maraqlıdır.

Xatırladaq ki, 28 yaşlı yarımmüdafiəçi ötən mövsüm “Şəfa” ilə Azərbaycan I Liqasının qalibi olub. O, 2022-2023-cü illərdə “Şamaxı” formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43