09 İyun 2026
Dünya futbolu

Martines “Yuventus”un əsas namizədinə çevrildi

“Yuventus” yeni mövsüm öncəsi qapıçı axtarışlarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, Turin təmsilçisinin əsas hədəfi “Aston Villa”nın qolkiperi Emiliano Martinesdir. İtaliya mətbuatının yazdığına görə, klub artıq futbolçunun nümayəndələri ilə ilkin danışıqlar aparıb.

Martinesin özü də yeni çağırışa müsbət yanaşır. Lakin transferin qarşısında bir sıra maneələr var. Argentinalının yüksək maaşı və uzunmüddətli müqaviləsi danışıqları çətinləşdirir. “Aston Villa” rəhbərliyi futbolçunu asanlıqla buraxmaq niyyətində deyil.

Buna baxmayaraq, “Yuventus”un israrla danışıqları davam etdirdiyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43