09 İyun 2026
Ölkə futbolu

“Şəfa” növbəti transferini açıqladı – RƏSMİ

“Şəfa” növbəti transferini reallaşdırıb.

İdmanxeber.az-ın məlumatına görə,  komanda qapıçı Nicat Mehbalıyevi heyətinə qatıb. Onunla 1 illik müqavilə imzalanıb.

Nicat Mehbalıyev son olaraq “Sabah”ın formasını geyinib və ötən mövsüm Misli Premyer Liqasının və Bizon Azərbaycan kubokunun qalibi olub.

25 yaşlı qolkiper karyerası ərzində “Qarabağ”ın da üzvü olub. O, müxtəlif vaxtlarda icarə əsasında “Sumqayıt” və “Qəbələ” klublarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43