09 İyun 2026
Dünya futbolu

Fransalı futbolçu “Real”a yaxınlaşır

İbrahima Konatenin karyerasını İspaniyada davam etdirməsi ehtimalı getdikcə artır.

İdmanxeber.az-ın məlumatına görə, fransalı müdafiəçi artıq “Liverpul”dan ayrılacağını açıqlayıb. Xarici mətbuatın məlumatına görə, “Real” futbolçu ilə razılıq əldə etməyə yaxındır. Madrid təmsilçisi müdafiə xəttini yeniləmək istəyir.

Konate bu planın əsas hissələrindən biri hesab olunur. Futbolçunun yaxın günlərdə dörd illik müqaviləyə imza atacağı iddia edilir.

“Liverpul” isə əsas müdafiəçilərindən birini itirmək üzrədir. Transferin qısa müddətdə rəsmiləşəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43