09 İyun 2026
Dünya futbolu

“Bavariya”dan Olise üçün konkret mövqe

Son günlər Maykl Olisenin adı “Real”la hallanırdı.

İdmanxeber.az-ın məlumatına görə, lakin “Bavariya” rəhbərliyi bu məsələyə son nöqtəni qoymağa çalışıb. Klub prezidenti Herbert Hayner futbolçunun satılmayacağını bildirib. O, Olisenin uzunmüddətli müqaviləyə sahib olduğunu xatırladıb.

Rəhbər hətta böyük məbləğ qarşılığında belə transferin mümkün olmadığını vurğulayıb. Almaniya çempionu oyunçunu gələcək layihəsinin əsas hissəsi hesab edir.

Bu səbəbdən “Real”ın mümkün marağı nəticəsiz qala bilər. Hazırda Olisenin Münhen klubunda qalması daha real görünür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43