“Qalatasaray”ın transfer siyahısında yer alan ən səs-küylü adlardan biri Vircil van Deykdir.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu niderlandlı müdafiəçiyə maraq göstərməkdə davam edir. Təcrübəli futbolçunun gələcəyi ilə bağlı müxtəlif iddialar səslənir. “Sarı-qırmızılar” müdafiə xəttinə lider oyunçu cəlb etmək niyyətindədir.
Van Deykin təcrübəsi və nüfuzu klub rəhbərliyini cəlb edir. Lakin transferin baş tutması üçün maliyyə şərtlərinin uyğunlaşması vacibdir.
Hazırda tərəflər arasında yekun qərar verilməyib.

