Almaniya çempionu “Bavariya” gənc müdafiəçi Luka Vuşkoviçi transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, xorvatiyalı futbolçu son mövsümdə göstərdiyi performansla Avropanın diqqət mərkəzinə düşüb. Münhen təmsilçisi onun inkişaf potensialını yüksək qiymətləndirir. Futbolçunun adı bir neçə Premyer Liqa klubu ilə də hallanır. Buna görə də transfer uğrunda ciddi rəqabət yaranıb.
“Tottenhem”in futbolçusu “Bavariya” rəhbərliyi tərəfindən yaxından izlənir. Yekun qərarın yay ərzində veriləcəyi gözlənilir.

