09 İyun 2026
Kateqoriyasız

Paytaxt klubu müdafiəçi ilə güclənir

“Roma” yay transfer bazarında müdafiə xəttini gücləndirmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisinin əsas hədəflərindən biri Matteo Ruceridir. Futbolçu daha əvvəl Can Pyero Qasperinin rəhbərliyi altında uğurlu çıxış edib. Məhz bu amil transfer ehtimalını artırır.

“Roma” rəhbərliyi sol cinah üçün yeni həll yolu axtarır. Rucerinin transfer qiymətinin təxminən 35 milyon avro olduğu bildirilir.

Tərəflər arasında vəziyyətin izlənildiyi qeyd olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43