09 İyun 2026
Ölkə futbolu

“Şəfa” üç futbolçu ilə yolları ayırdı – RƏSMİ

Yeni mövsümdən Misli Premyer Liqasında çıxış edəcək “Şəfa” üç futbolçu ilə yolları ayırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qapıçı Əli Həsənli, müdafiəçi Zahid Mərdanov və yarımmüdafiəçi Emin Zamanovun başa çatan müqaviləsi uzadılmayıb.

Klub hər üç futbolçuya göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43