“Mançester Yunayted” “Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Anderson uğrunda mübarizəni davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu son mövsüm göstərdiyi performansla bir çox klubun diqqətini çəkib. “Mançester Siti” də onunla yaxından maraqlanır. Məlumata görə, “Forest” oyunçu üçün 100 milyon funtdan çox məbləğ tələb edir.
Buna baxmayaraq, “Yunayted” transfer ümidlərini itirməyib. Klub rəhbərliyi futbolçunu gələcəyin əsas simalarından biri hesab edir.
Andersonun da daha böyük klubda oynamağa isti baxdığı bildirilir. Danışıqların yaxın günlərdə sürətlənəcəyi gözlənilir.

