“Fənərbağça”nın yay transfer bazarında Meyson Qrinvudu da hədəflədiyi bildirilir.
İdmanxeber.az-ın məlumatına görə, ingiltərəli futbolçu son mövsümdə uğurlu çıxışı ilə diqqət çəkib. Mətbuatın yazdığına görə, futbolçunun sosial şəbəkələrdəki fəaliyyəti transfer söz-söhbətlərini gücləndirib.
İstanbul klubu hücum xəttinə keyfiyyət qatmaq niyyətindədir. Qrinvudun transferi azarkeşlər arasında böyük maraq doğurub.
Hələlik tərəflər arasında rəsmi razılaşma yoxdur. Bununla belə, transfer ehtimalı gündəmdə qalmaqdadır.

