Kateqoriyasız

A Seriya matçı təxirə salındı

İtaliya A Seriyasının 10-cu turunun “Udineze” – “Atalanta” matçı baş tutmayıb.b

Buna güclü yağış səbəb olub.

Bazar gününə təyin olunan qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlamalı idi. Lakin əlverişsiz hava şəraiti səbəbindən təşkilatçılar oyunu təxirə salmaq məcburiyyətində qalıblar.

Oyunun hansı tarixdə baş tutacağı hələlik dəqiqləşməyib. İtaliya mətbuatı bu görüşün böyük ehtimalla yanvarın 20-də keçiriləcəyini yazır. Məsələ burasındadı ki, turnirin təqvimində ehtiyat gün kimi məhz bu tarix qeyd olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43