İtaliya A Seriyasında komanda sayının azaldılması müzakirə edilir.
İdmanxeber.az-ın məlumatına görə, hazırda İtaliya çempionatında 20 komanda mübarizə aparır. Bu say 18-ə düşə bilər.
”Milan”, “İnter” və “Yuventus” bu qərara müsbət yanaşır. “Napoli”, “Fiorentina”, “Latsio” və “Roma”nın bu fikrə qarşı çıxmayacağı gözlənilir.