20 Fevral 2025
Ölkə futbolu

Abasov qəzəbləndi – Ramil Şeydayev və Rəhman Hacıyevə…

Misli Premyer Liqasının XXIII turunda “Neftçi” doğma meydanda “Qarabağ”a 0:1 hesabı ilə məğlub olub. “Ağ-qaralar” bir nəfər azlıqda qalmış rəqibinə qarşı yaxşı oyun keçirsə də, son dəqiqələrdə buraxılan qolun ardından meydanı xalsız tərk edib.

Matçın ardından isə soyunub-geyinmə otağında Samir Aabsov fırtınası əsib. Təcrübəli mütəxəssis meydana sonradan buraxdığı Ramil Şeydayevlə Rəhman Hacıyevə sərt təkpi göstərib.

Abasov iki futbolçunu də əsəbi şəkildə danlayıb və oyuna heç bir fayda vermədiklərini bildirib. O, eyni zamanda günahın özündə olduğunu və əvəzetmələrdə səhvə yol verdiyini də etiraf edib.

İdmanxeber.az

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43