İdman

Abdullah Zubir: “Qarabağ”la titullar qazanmağa gəlmişəm”

“Azərbaycanın ən böyük klubuna gəldiyim üçün xoşbəxtəm”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın yeni transferi Abdullah Zubir deyib.

Mərakeş əsilli futbolçu “Qarabağ”da kifayət qədər uöurlar qazanmaq istədyini bildirib: “Hansı komandaya gəldiyimin fərqindəyəm. “Qarabağ” son illər ardıcıl çempionluqlar qazanıb. Hədəfim burada komandayla birlikdə mükafatlar qazanmaqdır. Məndən gözləntilərin çox olduğunu bilirəm. Bu da mənim burada məsuliyyətimin artması deməkdir”.

O, “Qarabağ” baxımlı futbol oynamağı sevdiyini vurğulayıb: “Bu komanda üçün ən yaxşısını etməyə çalışacam. Azarkeşlərimizin də ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəm. Bu komandayla titullar, avrokuboklarda da uğurlar qazanmağa gəlmişəm”.

Qeyd edək ki, “Qarabağ” Zubirlə 2 illik müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43