Kateqoriyasız

“Aberdin” Bakıya nə vaxt gəlir?

Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ”ın qonağı olacaq Şotlandiyanın “Aberdin”in klubunun Bakıya gələcəyi vaxt bilinib.

İdmanxeber.az-ın məlumatına görə, komanda sabah səhər saatlarında paytaxtımıza yola düşəcək.

Qeyd edək ki,avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək  “Qarabağ” – “Aberdin” matçı saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43