Kateqoriyasız

“Aberdin” – “Qarabağ” matçı bu kanalda

“Qarabağ” Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda səfərdə “Aberdin”lə qarşılaşacaq.

Şotlandiyada keçiriləcək qarşılaşmanı canlı yayımayacaq televiziya kanalı müəyyənləşib. Bu görüş “İdman” TV vasitəsilə birbaşa yayımlanacaq. Məlumatı “Qarabağ”ın tvitter səhifəsi yayıb.

“Aberdin” – “Qarabağ” oyunu 26 avqust tarixində  Bakı vaxtilə 22:45-də baş tuatacaq.

Bu komandalar arasında Bakıda keçirilən matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43