Kateqoriyasız

“Aberdin”in baş məçqçisi: “Bakıda qələbə qazanmağa çalışacağıq”

Şotlandiyanın “Aberdin” klubunun baş məşqçisi Stiven Qlass Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a rəqib olmaları barədə fikirlərini bildirib.

O, III təsnifat mərhələsinin “Breydablik”lə (İslandiya) cavab matçından sonra Bakı səfərindən qələbə ilə qayıtmaq istədiklərini bildirib:

“Qarabağ”la ilk matçı səfərdə keçirəcəyik. Sərfəli nəticə ilə geri dönməliyik. Məqsədimiz orda qələbə qazanmaq olacaq. Sonra növbəti cümə axşamı gecəsi burda böyük azarkeş dəstəyi ilə qrup mərhələsinə düşməyə çalışan qətiyyətli bir komanda görəcəksiz”.

Bu komandalar arasında ilk oyun avqustun 19-da Bakıda, cavab görüşü isə avqustun 26-da Aberdində keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43