22 Oktyabr 2024
Kateqoriyasız

AÇ-2016: Fransadan əzmkar qələbə – YENİLƏNİB

Bu gün futbol üzrə Avropa çempionatına start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, bir ay davam edəcək həyəcanlı marafonun ilk qarşılaşması meydan sahibləri Fransa millisi ilə Rumıniya arasında baş tutacaq.

Qitə birinciliyinin açılış matçının iştirakçıları A qrupunda mübarizə aparırlar. Meydan sahibləri doğma azarkeş amilini də nəzərə almaqla bu qrupun əsas favoritidir. Ancaq Rumıniya millisi də çempionata turist kimi qatılmayıb.

Əsas hədəfi ikincilik olan karpatlılar bu niyyətlərinə çatmaları və İsveçrə ilə yer uğrunda mübarizə aparmaq üçün ilk növbədə turnirə uğurlu start vermək istəyir.

Qrupun digər oyunu isə bir gün sonra iyunun 11-də keçiriləcək ki, bu qarşılaşmada Albaniya İsveçrə ilə oynayacaq.

Avropa çempionatı

Qrup mərhələsi

A qrupu

10 iyun

23:00. Fransa – Rumıniya – 2:1
Qol: Jiru 58

Hakimlər: Viktor Kaşşai

Yan xətt hakimləri: Dyord Rinq, Ventsel Tot

Əlavə köməkçi-hakimlər: Tamaş Boqnar, Adam Farkaş

Dördüncü hakim: Byorn Kuypers (hamısı Macarıstan)

Sen-Deni. "Stad de France"


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43