Kateqoriyasız

AÇ-2020: 1/8 final mərhələsinə start verilir – Yenilənir

Bu gün AÇ-2020-nin 1/8 final mərhələsinin oyunlarına start veriləcək.

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Əvvəlcə Uels və Danimarka milli komandaları üz-üzə gələcəklər. Günün digər matçında İtaliya yığması Avstriyanın müqavimətini qırmağa çalışacaq.

1/8 final mərhələsinin digər görüşləri 27, 28 və 29 iyunda keçiriləcək.

Qrup oyunlarına ev sahibliyi edən Bakı Olimpiya Stadionunda 1/8 final görüşlərindən heç biri keçirilməyəcək. Əvəzində 1/4 finalın bir görüşü Bakıda keçiriləcək. Belə ki, Çexiya – Niderland və Uels – Danimarka oyunlarının qalibləri məhz Azərbaycan paytaxtında üz-üzə gələcək. Bakı Olimpiya Stadionunda keçiriləcək həmin görüş isə iyulun 3-nə təyin edilib.

AÇ-2020, 1/8 final mərhələsi

26 iyun

20:00 Uels – Danimarka
Amsterdam. “Yohan Kroyff Arena”.

23:00 İtaliya – Avstriya
London. “Uembli” stadionu.

27 iyun

20:00 Niderland – Çexiya
Budapeşt. “Puşkaş Arena”.

23:00 Belçika – Portuqaliya
Sevilya. “La Kartuxa” stadionu.

28 iyun

20:00 Xorvatiya – İspaniya
Kopenhagen. “Parken” stadionu.

23:00 Fransa – İsveçrə
Buxarest. Milli stadion.

29 iyun

20:00 İngiltərə – Almaniya
London. “Uembli” stadionu.

23:00 İsveç – Ukrayna
Qlazqo. “Hempden Park” stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43