Kateqoriyasız

AÇ-2020-nin ən ucuz biletləri Bakıda

UEFA AÇ-2020-nin final mərhələsinin bilet qiymətlərini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, ən ucuz biletlər Bakı (Azərbaycan), Budapeşt (Macarıstan) və Buxarest (Rumıniya) şəhərlərində keçiriləcək oyunlar üçün ayrılıb.

Bu şəhərlərdə keçiriləcək oyunlar üçün biletlərin qiyməti 30, 75 və 125 avro olacaq.

Ən bahalı bilet isə Londonda keçiriləcək final matçınadır – 95-945 avro. İngiltərənin paytaxtındakı yarımfinal görüşlərinə biletlərin qiyməti 85-595 avro olacaq.

12 iyun – 12 iyul tarixində 1,5 milyon bilet euro2020.com saytında satışa çıxarılacaq.

Avropa çempionatının oyunları gələn il 12 iyun – 12 iyul aralığında baş tutacaq. Bakıdakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 finalın 1 oyunu baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Neftçi” onu göndərdiyini rəsmən açıqladı

admin

“Çelsi” “Lill”ə, “Vilyarreal” “Yuventus”a qarşı

admin