Azərbaycanın futzal millisi AÇ-2026-nın əsas mərhələsində bu gün ilk oyununu keçirəcək.
İdmanxeber.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu yığma İsveçi qəbul edəcək.
Bakı İdman Sarayında reallaşacaq qarşılaşma saat 20:00-da start götürəcək.
Görüşü Qazaxıstandan olan Aslan Qalayev, Turexan Tursumbayev və Nurlibek Kalimaqanbetov idarə edəcəklər.
Skandinaviyalılar 5-ci qrupdakı ilk matçda Yunanıstana uduzublar – 1:4.