Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı start götürüb.
İdmanxeber.az xəbər verir ki, ilk yarış günündə 5 çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizəyə başlayıb.
Elvin İbadov (48 kq) təsnifat mərhələsində Alberto Marian Enaçesku (Rumıniya) ilə qarşılaşacaq.
Fəraim Mustafayev (55 kq) 1/8 finalda Mario Andrey Mariutla (Norveç) qarşılaşacaq.
Seymur Qasımov (65 kq) debütdə Xristiyan Borislavov İvanovla (Bolqarıstan) qüvvəsini sınayacaq.
İsmayıl Rzayev (80 kq) ilk görüşdə Dominik Qrqiklə (Xorvatiya) üz-üzə gələcək.
Məzahim Mərdanov (110 kq) isə startda Maksim Milçev Petrovu (Bolqarıstan) məğlub etməyə çalışacaq.