“Traktor”un baş məşqçisi Ertuğrul Sağlam komandadan ayrılıb.
İdmanxeber.az-ın məlumatına görə, 2022-ci ilin fevralından “Traktor”u çalışdıran mütəxəssisin adı “Neftçi” ilə hallanır. 52 yaşlı çalışdırıcı artıq Bakıdadı və paytaxt klubunun şərtlərini götür-qoy edir. Tərəflər arasında razılıq əldə olunsa müqavilə bağlanacaq.
Qeyd edək ki, Sağlam “Traktor” ilə 11 oyunda 4 qələbə qazanıb, 3 dəfə məğlub olub.