Bir vaxtlar adı “Xəzər Lənkəran”la hallanan “Beşiktaş”ın sabiq futbolçusu Rikardo Kuareşma “Porto” ilə anlaşıb.
2004/08-ci illərdə bu klubun formasını geyinmiş portuqaliyalı futbolçu 1.5 illik müqaviləyə qol çəkib. O, artıq komandası ilə ilk məşqinə də çıxıb.
Qeyd edək ki, Kuareşmanın son klubu Dubayın “Əl Əhli” klubu olub.