“Qalatasaray” daha bir futbolçusu ilə müqaviləni yeniləyib.
Belə ki, bir müddət öncə “Xəzər Lənkəran”a keçəcəyi deyilən Aykut Erçetin “Cim-Bom”la daha bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, 2003-cü ildən “sarı-qırmızılılar”ın şərəfini qoruyan qolkiper ümumilikdə 73 oyunda iştirak edib.