19 Sentyabr 2024
Ölkə futbolu

Adil Şükürov bu iki əcnəbi futbolçu ilə bağlı qərarını verdi – SON DƏQİQƏ!

“Kəpəz”in baş məşqçisi Adil Şükürov baxışda olan iki futbolçu ilə bağlı qərarını verib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, söhbət Joao Mario və Ezekiel Morqandan gedir. Hər iki futbolçunun performansı təcrübəli mütəxəssisi razı salmayıb. Qvineya-Bissau millisinin sabiq üzvü olan Joao Mario vətəninə geri dönməli olacaqsa, qanalı Ezekiel Morqan isə karyerasını ötən mövsümü icarə əsasında çıxış etdiyi I liqa təmsilçisi “İmişli”də davam etdirəcək. 

“Kəpəz”lə 2+1 illik müqaviləsi olan afrikalı futbolçu daha 1 il “İmişli”nin uğurları üçün çalışacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43