09 Sentyabr 2024
Ölkə futbolu

Adil Şükürov: “Futbolçuların bir-birlərinə uyğunlaşması üçün vaxt lazımdı”

“Premyer Liqa başlayır. Bizi qarşıda maraqlı oyunlar gözləyir. Ümumilikdə komandaların etdikləri transferlərə baxdıqda görürük ki, “Kəpəz” və “Şamaxı” xaric digərləri heyətlərinin böyük hissəsini saxlayaraq gücləndi. Biz kəçənilki komandanın az bir qismini qoruya bildik. Ancaq bu yetərlidir? Xeyr. Nəzərə alaq ki, komanda yenidən qurulur. Futbolçuların bi-birlərinə uyğunlaşması üçün vaxt lazımdı”.

Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in baş məşqçisi Adil Şükürov yeni mövsüm barədə danışarkən deyib. O, ilk turda qarşılaşacaqları “Sumqayıt” görüşünü belə şərh edib:

“Rəqib güclənmiş komandadı. Konfrans Liqası oyununda biz bunun şahidi olduq. Komanda “Fehervar”a qarşı ilk matçın çox hissəsini azlıqda keçirməsinə baxmayaraq yaxşı mübarizə apardı. “Sumqayıt”a qarşı oyunlarımızın həmişə ağır olduğunu da nəzərə alsaq, maraqlı oyun olacaq. Çalışacağıq bu komandaya qarşı yaxşı mübarizə aparaq”.

Qeyd edək ki, “Sumqayıt” – “Kəpəz” oyunu avqustun 3-də, saat 20:45-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43