“Yeni komanda qururuq. Bizim üçün vaxt lazım olacaq. Bilirik ki, vaxtımız yoxdur. Hər şeyi daha sürətli etməliyik. Qarşıda bizi uzun marafon gözləyir. İnanıram ki, komanda daha baxımlı futbol oynayacaq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Adil Şükürov “Sumqayıt” məğlubiyyəti (0:2) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Bizi ən çox narahat edən odur ki, yenidən komanda formalaşdırırıq. Digərləri formalaşmış komandanı gücləndirir. Futbolçuların çempionata uyğunlaşması bir az vaxt alır. Təəssüflər olsun ki, bu il də hədəfimiz Premyer Liqada qalmaqdır.
Danışıqlar apardığımız futbolçular var. Transferlərə ehtiyacımız var. Rəhbərliklə bu barədə danışmışıq”.