15 Noyabr 2024
Kateqoriyasız

Adil Şükürov: “İki oyuna 7 qol ağır gəlir”

“İki oyuna 7 qol ağır gəlir. Belə oyundan sonra danışmaq çətindi. Səhvlər etdik. Çalıaşcağıq ki, bundan sonraki oyunlardan səhvləri düzəldək”

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Adil Şükürov deyib.

Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində “Qəbələ” doğma meydanda “Zirə”ni qəbul edib.

Oyun meydan sahiblərinin böyükhesanlı qələbəsi ilə başa çatıb.

Matçdan sonra qonaqların baş məşçqisi Adil Şükürov sözlərinə belə davam edib:

“Komandada çoxlu zədəli oyunçular var. Heyətdə olan çatışmazlıqla bizə müəyyən çətinlik yaradır. Bundan sonra diqqətimizi çempionat oyunlarına yönləndirəcəyik. 0:3-dən sonra çətin oldu. Lakin çalışdıq ruhdan düşməyək ilk hissədə qol vuraq. Bunu bacardıq.

Futbolçularım avokuboklara köklənməyiblər. Onlar peşəkar futbolçulardı. Hər bir oyunçu ilə müqailəmiz var. Avrokuboklara getsək də, getməsək də komandaya kömək edəcəklər.

Daim heyətdə rotasiya edirik. Gənclərə gəlincə onların üstünə gedib sıxmağa dəyməz. Soyunub geyinmə otağına girən kimi futbolçularıma təşəkkürümü bildirdim. Nəzərə alsaq ki, oynayan futbolçular gənc, təcrübəsiz futbolçulardı. Onları sıxmağa dəyməz. İrad bildirmə sonra olacaq. Hələki bugünki gündə onlara təzyiq etməyə dəyməz. Çünki onlar əlindən gələni edib vuruşdular. Bu hesabın növbəti oyun üçün motivasiya cəhətdən təsiri olacaq

Bonilanın bizimlə müqaviləsi var. Müddət bitənə qədər bizdə oynayacaq. Yaxşı təklif gəlsə bunu rəhbrliklə müzakirə edəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43