23 Oktyabr 2024
Ölkə futbolu

Adil Şükürov: “Mənim üçün daha çox Premyer Liqada qalmaq önəmlidir”

“Biz yeni komandayıq. Komandanın özünə gəlməsi üçün vaxt lazımdır. Bilmirəm bu vaxt nə qədər olacaq. Yeni futbolçuların yerli çempionata uyğunlaşması vacibdir. Bu baş versə, işimiz daha asan olacaq. Qarşıda daha yaxşı oyunlarımız olacaq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Adil Şükürov “Turan Tovuz” məğlubiyyəti sonrası deyib. O, daha sonra jurnalsitlərin suallarını cavablayıb:

– Ev oyununuzu səfər kimi keçirdiniz. Bu, komandanın oyununa necə təsir edir?

– Biz keçən ildən bunu yaşayırıq. Hələ ki, stadionumuz yoxdur. Gəncədə oynasaq, fərqli olar. Komanda formalaşmalıdır, oyunçular bir-birini hiss etməlidir. Bunlar hamısı oyunumuza təsir edir.

– Bu legionerlər “Kəpəz”ə nə qədər fayda verir? Olmazdı ki, onların əvəzinə “Şamaxı” kimi yerli, tanıdığınız oyunçular transfer edəsiz?

– “Şamaxı” gördüyünüz kimi həmin vaxt aşağı liqaya düşdü. Biz bunu istəmirik, düşməyəcəyik də. Komanda yenidən qurulur. Hələ heyətə yeni futbolçular cəlb edirik. Bizə “Kəpəz”in Premyer Liqada qalması lazımdır. Bunu edəcəyik.

– Sizin üçün “Kəpəz”in sponsorun olması vacibdir, yoxsa komandanın Premyer Liqada qalması?

– Mənim üçün daha çox Premyer Liqada qalmaq önəmlidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43