Yeni mövsümdən I Liqada mübarizə aparacaq “Qəbələ”nin futbolçusu Əyyub Allaş daha bir Premyer Liqa klubunun maraq dairəsindədi.
İdmanxeber.az-a daxil olan məlumata görə, “Kəpəz” belçikalı futbolçunun xidmətlərində maraqlıdı. Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov təcrübəli yarımmüdafiəçini komandasında görmək istəyir və bunu klub rəhbərliyinə bildirib. Qərb klubu belçikalı futbolçu ilə danışıqlara start verib.
Qeyd edək ki, 26 yaşlı futbolçu həm də “Sabah”ın transfer siyahısında yer alır.