“Meydanın mərkəzində rəqibə yaxşı pressinq tədbiq edə bilmədik. Bu səbəblə oyunumuz alınmadı. Bəzi səhvlərimiz oldu. Gələn oyunlarda çalışacağıq bu səhvləri təkrarlamayaq”.
İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın futbolçusu Admir Teli görüşlə bağlı fikirlərini bildirərkən deyib.
Təcrübəli müdafiəçi Avroliqanın “pley-off” mərhələsindəki rəqibləri “Tvente” barədə də danışıb:
“Bu bizim son şansımızdı. Mütləq qələbə qazanmalıyıq ki, qrup mərhələsinə düşək”.