23 Noyabr 2024
Ölkə futbolu

Adrian Mutu: “Beşiktaş” oyununda qələbə barədə düşünürük”

“Komanda bir az yorğun idi. Tam hazır deyilik üç gündən bir oynamağa. İlk hissədə epizodları qola çevirə bilmədik. Daha sonra penaltidən rəqib bizi cəzalandırdı”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Adrian Mutu “Kəpəz” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Beşiktaş” oyununda da, bu günkü matçda da qələbə barədə düşünürdük. Qalibiyyətə layiq olmasaq da, heç-heçə ədalətli nəticə olardı. Üç gündən bir oynamaq çətindir. Bu cür hava şəraitində çıxış etmək asan deyil”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43