17 Noyabr 2024
Ölkə futbolu

Adrian Mutu: “Rahatlıqla 3:0, 4:0 olmalıydı, amma 1:1 bitdi”

“Komandamın oyunundan razı qaldım. Bu, futboldur. Bu gün çox bəxtsizlik oldu. Hesab 3:0, 4:0 olmalı idi, amma 1:1 oldu. Bəzən futbol səni cəzalandırır. Belə davam etməliyik, düzgün yoldayıq. Bu gün sadəcə hesaba görə üzülürəm. Asanlıqla 3:0 olacaq oyunu, bir xalla bitirdik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Adrian Mutu “Araz Naxçıvan” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Qış fasiləsində kimlərin gəlib, kimlərin gedəcəyini idman direktorumuzla danışırıq. Düşünürük ki, komandanı necə yaxşılaşdıra bilərik. Dekabrda bəzi dəyişikliklər olacaq.

Bu gün də yaxşı dəyişikliklər etdik. Sonradan meydana daxil olanlar öz işlərini yaxşı yerinə yetirdilər. Son saniyələrdə “Araz-Naxçıvan”ın qapımıza vurduğu qola baxıb, bir daha analiz etdim. Fərqli prizmadan baxdım, TV-dən yox. Taktiki heç bir səhv yox idi. Çünki oyunçular meydanda düzgün mövqe seçmişdilər. Qəbul etmək lazımdır ki, rəqibin oyunçusu çox yaxşı asma etdi və qol da yaxşı alındı. Məni bu gün məyus edən yalnız hesabdır. Rahatlıqla 3:0, 4:0 olmalıydı, amma 1:1 bitdi. Bu adamı içəridən “yandırır”, adama toxunur. Hamınız oyuna baxdız. Siz də qəbul edərsiz ki, komanda yaxşı oynadı. Həftəboyu yaxşı məşq etdik, oyuna yanaşma da istədiyim kimi idi. Bütün futbolçular özünü yaxşı tərəfdən göstərdi. Oyunçular istədiyimi edirdi. Bunlardan biri də Azər idi ki, istədiklərimi etdi”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43