27 Dekabr 2024
Kateqoriyasız

AEL-in baş məşqçisi: “Qarabağ” səddini keçə bilərik”

Kiprin AEL(Limassol) komandasının baş məşqçisi Duşan Kerkez Konfrans Liqasının üçüncü mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyun barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, 45 yaşlı mütəxəssis, Ağdam təmsilçisini mübarizədən kənarlaşdırmaq haqda düşündüklərini söyləyib:

“Bizim üçün sıradan çıxan futbolçuların düşərgəyə dönməsi önəmlidir. Futbolçularıma çox güvənirəm. Növbəti mərhələyə adlamaq istəyirik.

“Qarabağ”la ilk görüş bizim üçün çox vacibdir. “Vlajniya” ilə görüşlərdə biz yaxşı oyun göstərmişdik. Hətta daha yaxşı oynaya bilərdik. Ancaq toplanışdan sonra ilk oyunlarımız olduğunu nəzərə alsaq, hər şeyin yaxşı olduğunu düşünmək olar. İndi yalnız qarşıdakı oyun barədə düşünürəm.

“Vlajniya”ya qarşı oynayan bütün futbolçular da hazırdır. Avrokuboklarda favoritlər yalnız kağız üzərində olur. “Qarabağ”ı çox yaxşı tanıyırıq. Yaxşı nəticə üçün özümüzü göstərməliyik. Bütün gücümüzü meydanda qoysaq, “Qarabağ” səddini keçə bilərik”.

“Qarabağ” AEL-lə ilk oyunu avqustun 5-də səfərdə keçirəcək. Komandalar arasındakı cavab matçı bir həftə sonra Bakıda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43