Kateqoriyasız

AFFA 2 dəqiqəyə görə “Keşlə”ni cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az-ın xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 9-cu  turunda baş verənlər müzakirə olunub.

İntizam Komitəsi yalnız “Keşlə” – “Qəbələ” matçı ilə bağlı cəza verib. Sözügedən görüş “Keşlə” klubuna görə 2 dəqiqə gec başladığı üçün klub 800 manat cərimə olunub.

Xatırladaq ki, “Keşlə” – “Qəbələ” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43