18 və 16 yaşadək futbolçulardan ibarət milli komandalarımızın baş məşqçilərinin adları məlum olub.
İdmanxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi Elxan Abdullayevə, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi isə Aqil Nəbiyevə həvalə olunub.