Dövlət tərəfindən AFFA-nın vasitəsi ilə klublara ayrılan 3 milyon manatın hansı istiqamət üzrə xərclənəcəyi bəlli olub
İdmanxeber.az-a verilən məlumata görə, klublarımız dövlətin ayırdığı vəsaitin 2 milyonunu Premyer Liqa lisenziyasının alınmasına sərf edir.
Bununla yanaşı, sözügedən məbləğin klub nəznində uşaq futbolunun inkişafına (400 min), infrastruktur lahiyələrin gerçəkləşdirilməsinə (300 min), əvəzedici komandaların saxlanılmasına (160 min), Marketinq, PR, SMM işlərinin aparılması, müxtəlif FSR tədbirlərin keçirilməsinə (40 min), qadın futbolunun inkişafına (50 min), futbol klubunun regionda filialının, akademiya və ya seleksiyasının açılması və onun davamlı fəaliyyətinə (50 min) xərcləyə bilər.
Klublardan hansısa biri bu vəsaiti təyinatı üzrə xərcləməsə, həmin komandanın balansına pul köçürülmür.
Xatırladaq ki, AFFA ötən il Marketinq, PR, SMM işlərinin aparılması, müxtəlif FSR tədbirlərin keçirilməsinə görə hər kluba 100 min manata yaxın vəsait ödəyirdi. Bu il isə bu məbləğ yarıya qədər azaldılıb.