21 Fevral 2025
Ölkə futbolu

AFFA açıqladı: I Liqadan 3 komanda birbaşa Premyer Liqaya gələcək

Misli Premyer Liqasının 2025/2026 mövsümünün formatı açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar çıxarılıb.

Qərara əsasən, növbəti mövsüm 12 komandanın iştirakı ilə 3 dövrədən (33 turdan) ibarət olacaq.

III dövrənin oyunlarında meydan sahibi olacaq komandalar püşk əsasında müəyyənləşdiriləcək.

Cari mövsüm Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində I Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43