2019-cu ildə Bakıda keçiriləcək Avropa Liqasının final matçında stüart sistemi təşkil olunacaq.
İdmanxeber.com-un məlumatına görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlama verib. O bildirib ki, bu məqsədlə gələn ilin aprelində 1200 polis əməkdaşı təlimlərə cəlb ediləcək və onlar stüart kimi formalaşdırılacaqlar: “Özümüz bu sayda əməkdaş seçdik ki, rotasiya edək. İndiki halda polissiz oyun təşkil edə bilmərik. Hazırda stüart sisemi üzərində iş gedir”.