28 Noyabr 2024
Kateqoriyasız

AFFA avstriyalı mütəxəssisi göndərir

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlikin müqaviləsinə xitam veriləcək.

İdmanxeber.az sportlife.az-a istinadən xəbər verir ki, bu barədə göstəriş AFFA-ya birbaşa SOCAR-dan verilib.

Qeyd olunur ki, qurumun baş sponsoru olan Dövlət Neft Şirkətindən həm klubların, həm də hakimlərin avstriyalı mütəxəssislə bağlı mövsümboyu etdiyi şikayətlərə son qoyulması tələb olunub.

Bildirilir ki, yeni mövsümün startından öncə Ştuxliklə yolların ayrılması barədə rəsmi açıqlama veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43