30 Oktyabr 2024
Ölkə futbolu

AFFA “Bakı”ya rədd cavabı verdi

Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. İclasda  “Bakı”nın futbolçusu Cavid Hüseynov və klubun baş meneceri Zeynal Məmmədov barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərarlarla bağlı müraciətlərinə baxılıb.

Müzakirələrdən sonra bunlar qərara alınıb:

1. “Bakı”nın futbolçusu Cavid Hüseynov barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.

2. “Bakı”nın baş meneceri Zeynal Məmmədov barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.

Affa.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43