28 Fevral 2024
Ölkə futbolu

AFFA bir komandanı çempionatdan qovdu

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, qərara əsasən Azərbaycan I Divizionun XXX turunun “Kəpəz” – “Bakılı” matçında “Bakılı” klubunun iştirak etmədiyi üçün  kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. 

Klub ikinci dəfə üzürlü səbəb olmadan oyunlarda iştirak etmədiyi üçün növbəti mövsüm Azərbaycan I Divizionunda çıxış etmək hüququndan məhrum edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43